“Proqress Təlim və Tədris Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 12 oktyabr 2022-ci il tarixində verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Mərkəzin hüquqi fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarına əsaslanır.
Bu qərara əsasən, ixtisasartırma təhsili – əlavə təhsilin əsas istiqamətlərindən biridir və dövlət sənədi olan şəxslərin fasiləsiz təhsilini təmin etməyə yönəlib. “Proqress Təlim və Tədris Mərkəzi” bu istiqamətdə müxtəlif sahələr üzrə peşəkar bilik və bacarıqların artırılmasına xidmət edən proqramlar həyata keçirir.
Tədris Forması
Təlimlər aşağıdakı formalarda təşkil olunur:
Tədris Sənədi
Mərkəz, əlavə təhsil müəssisəsi lisenziyasına malik olduğu üçün keçirilən hər bir təlimin sonunda iştirakçılara diplom və ya sertifikat təqdim edir.
Bu sənədlər barədə müvafiq məlumatlar mərkəzi icra orqanlarına, bələdiyyələrə və özəl qurumlara təqdim olunur. Lisenziyalı status sayəsində, “Proqress Təlim və Tədris Mərkəzi” tərəfindən verilən bütün sənədlər dövlət və özəl təşkilatlar tərəfindən rəsmi şəkildə tanınır və qəbul edilir.
Missiyamız
Bizim məqsədimiz — müasir bilik və bacarıqları inkişaf etdirməklə ölkəmizin insan kapitalının gücləndirilməsinə, ixtisaslı kadrların hazırlanmasına və fasiləsiz təhsilin təşviqinə töhfə verməkdir.
IT sahələri üzrə həyata keçirilən təlim və məsləhətlərin onlayn platformalar ilə aparılması
Bütün regionlarda layihələrin idarəedilməsi sahəsində təcrübə
10 ildən artıq təcrübəyə sahib təlimçilər və kouçlar ilə peşəkar təlim və məsləhət xidmətləri
Korporativ müəssisələrdə əməkdaşların peşəkar inkişafı üçün təlim və məsləhət xidmətləri verilir.